Yabanı Çiçək Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2024
Lyrics
Yu parlaq gözlərindən qara sürmələri
Süni kirpiklər sanki qəfəs — gözlərin türmədədir
Və çalarları poz
Yanağına çəkdiyin kölgələri
Sil dodaqlarından üzərinə sürtdüyün al qırmızı rəngi
Çıxar əynindən tanımadığın quldarların adını
Özgə kişilərin adı yazılan paltarlar yeni çadrası qadının
Çıxar əynindən səni mənə yadlaşdıran hər şeyi
Sən heçnəyin olmayanda belə olursan hərşeyim
Unuduram adımı
Sən olduğun kimi gözəlsən
Gül üzündə istəmərəm dəyişsin bir ləçək
Olduğun kimi gözəlsən
Süni qızılgüllərin hamısından göyçək, yabanı çiçək
Olduğun kimi gözəlsən
Gül üzündə istəmərəm dəyişsin bir ləçək
Olduğun kimi gözəlsən
Süni qızılgüllərin hamısından göyçək, yabanı çiçək
Heç kəsdən gizlətmə
Üzünə tökülən çillər ulduzlu səma
Bir də kaş bilsən alnındakı qırışların
Necə yaraşır sənə
Zərif, incə, bəyaz saçların tellərində görünəndə gözəlsən
Əgər ömrünə gəlirsə payız onu qucaqla
Bürünəndə gözəlsən
Çıxar ağlından axmaqların sənə sırıdığı fikirləri
Çıxar ruhundan qorxunu
Qorxunun ölümü sevgidədir
Çıxar, aydınlan
Gözlərindəki sarğını, aydınlan
Biz uzun bir əsər
Əvvəlimiz gümüşdürsə sonumuz altından
Sən olduğun kimi gözəlsən
Gül üzündə istəmərəm dəyişsin bir ləçək
Olduğun kimi gözəlsən
Süni qızılgüllərin hamısından göyçək, yabanı çiçək
Olduğun kimi gözəlsən
Gül üzündə istəmərəm dəyişsin bir ləçək
Olduğun kimi gözəlsən
Süni qızılgüllərin hamısından göyçək, yabanı çiçək