Səhraların Ulduzu ft. Nazryn Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2024
Lyrics
Sənə xidmət eləməyə gəldim
Amma içindəki şeytana yox, insana
Tutan ipucularından açar sözlərin uçacaq asimana
Əlbət, məndə açması — niyə gölün adı Xəzər, dağın adı Tərtər
Amma gözlərində zümrüdü "Sonalar" baleti, otuzüç ipək pərdə
Qarşında diz çökməyə gəldim
Yapışıb ayaqlarından
Tullayım səmaya səni
İstərəm ucala göylərə səsin
Səni ucaltmağa gəldim
İçindəki uşağı oyatmağa gəldim
Bilirəm işin, gücün, dərdin
Amma içini yeyənləri parçalayıb atmağa gəldim
Görəcən nədir saxta, nədir düz, nədir atəş, nədir buz
Görəcən kimlər gizlədir, ağbirçəklərində buynuz
Səni öpməyə gəldim, gözlərindən ki, ola aydın
Yalan bağlamış yaralar laxta bitəcək acın, ağrın
Gətirdiyim bir ümman kasanın ölçüsü qədər alacaqsan
Ya sən, sən olacaqsan, ya da bir ömür sərsəm qalacaqsan
Sənin ayaqlarını yumağa gəldim
Bir yerdə girəcəyik məbədə
Hansı? Əlbət, bir gün açılar sandıq, tökülər pambıq
Görünər cənnət
Səhraların ulduzu
Kirpiklərin yuxusu
Karvan ola uzana
Çoban sayır quzusun
Vadilərin quyusu durulsun
Fəryadım səmalara duyulsun
Ayinlərim vəsfi-xuda
Oxur adın hər gül-budaq
Gördüm onun əksin suda
Səhraların ulduzu
Kirpiklərin yuxusu
Karvan ola uzana
Çoban sayır quzusun
Vadilərin quyusu durulsun
Fəryadım səmalara duyulsun
Ayinlərim vəsfi-xuda
Oxur adın hər gül-budaq
Gördüm onun əksin suda
Mən səhraların ulduzu, səhralaşan ürəklərin səsi
Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi
Gör necə dəyişir gürzə dərisin, elə bil tikir əynini dərzi
Həzin əsər külək, qumsallar bizə söylər əsər ürək dolusu
Fitrəm iki balıq, beş çörək, nə fərqi nə görsən
Xallar necə çiynimdəki bənzər dolça bürcünə
Ötər bitər səhra örtər hər kəsi sümüklərini tüpürər
Geriyə səndən məndən qalacaq bir ovuc kül
Saçlara dən, göz yaşı qəm bir neçə il
Qırx ilə dörd şəbi-cümə, halva-şəkər, abu-çiçək
Bir gün əkən bizi biçər
Səni görməyə gəldim, sənini bulmağa gəldim
Kəndirin olmağa gəldim, heyvanxanadan qaçan aslan
Üç gecə yollarda nəfəsi təngi, çatdı ormana ərdi
Sənin gözlərindəki əksim
Göz bəbəklərindəki kainatlar
Partlar bir gün, güllərin açar bir gün
Ollam qəlbinə açar bir gün
Bəlkə də bənövşələrini dərdim
Səhraların ulduzu
Kirpiklərin yuxusu
Karvan ola uzana
Çoban sayır quzusun
Vadilərin quyusu durulsun
Fəryadım səmalara duyulsun
Ayinlərim vəsfi-xuda
Oxur adın hər gül-budaq
Gördüm onun əksin suda
Səhraların ulduzu
Kirpiklərin yuxusu
Karvan ola uzana
Çoban sayır quzusun
Vadilərin quyusu durulsun
Fəryadım səmalara duyulsun
Ayinlərim vəsfi-xuda
Oxur adın hər gül-budaq
Gördüm onun əksin suda