Günəş Altında Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2024
Lyrics
Günəş altında yox yeni heç nə
Keçmək istədiyin sərhədləri
Kimsə səndən öncə keçib
İlk dəfə gördüyün dənizi
Min illər öncəsi Ezop içib
Köhnə içi hər şeyin
Təzə ancaq üz qabığı, ev qabağı
Qoca dərzinin iti baxışına sataşır
Sapları yeni yamağın, yeni sabahın
Ürəklərdə nə nurdu, nə qaranlıq
Bizim ürəklər alatoranlıq
Günəş altında yox yeni heç nə
Yarı Tövrat, yarı Quranlıq
Səhranı dolandı,
Qumlara uzandı,
Çoban aqil
Öyündü: "Burda ilk yatan mənəm"
Xəbərsiz, yatır qumun altında Babil
Günəş altında yox yeni heçnə
Gəlir gündüz bitir gecə
Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər
Günəş altında yox yeni heçnə
Heçnədən gəlib dönürük heçə
Əvvəlin sonu, səhranın qumu
Damlayam dənizin yarıyam mən
Günəş altında yox yeni heçnə
Gəlir gündüz bitir gecə
Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər
Günəş altında yox yeni heçnə
Heçnədən gəlib dönürük heçə
Əvvəlin sonu, səhranın qumu
Damlayam dənizin yarıyam mən
Günəş altında yox yeni heçnə
Oxunub bütün nəğmələr,
Bəstələnib şeirlər
Bu dizini mən bilirəm əzbər,
Baxmayanlar, sizə xoş seyirlər
Sizə xoş səyahətlər,
Çıxacaqsız dünyanı səyahətə
Bir gün varacaqsız
Mənim kimi sonuna Qərbin
Deyib, ağacan, bu ki, beşiyi Şərqin
İçi didərgin,
İçi susqun,
İçi viranə,
İçi gərgin
Neçə məşum,
Neçə zavallı,
Üzü təbəssümlü,
Amma içi bədbin
Necə kəsin xəncərə
Çevriləcək filizin,
Əgər yonmasan öz içini, qəlibin
Xəncərinin qəlibi qəlbin,
Atəşi talehin, çəkici dərdin
Ölü balıq üzər axın ilə,
Ancaq diri balıq axın əksinə üzəcək
Özgəni imdadı bilən,
Yüz qapı döyüb öz qəlbinə dönəcək
Məninə varacaq, yetəcək,
Qum dənələri səhraları yapanda
Doğanda qığılcımlar atəşi,
Balaca damla dəniz olduğun biləcək
Günəş altında yox yeni heçnə
Gəlir gündüz bitir gecə
Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər
Günəş altında yox yeni heçnə
Heçnədən gəlib dönürük heçə
Əvvəlin sonu, səhranın qumu
Damlayam dənizin yarıyam mən
Günəş altında yox yeni heçnə
Gəlir gündüz bitir gecə
Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər
Günəş altında yox yeni heçnə
Heçnədən gəlib dönürük heçə
Əvvəlin sonu, səhranın qumu
Damlayam dənizin yarıyam mən