Yetdimi Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2023
Lyrics
Bilmirəm yetdimi yeddi il sükutum millətin cəminə dərs
Dadı şirindi, amma doydurdumu ruhunu barı çayı-çərəz
Cahili toxtadan olarmı arifə bəs? Heç vaxt!
İynəsi bizi olmayan sözlər sırğaya dönməz, tökülər, qalar nə tozu, nə izi
Yeddi il ruh tərk elədi bədəni, xoş oldu qafa dingildədi cism
Millətin kefi saz, amma sazı kef olduğu üçün inildədi içi
Yad daşın irinlərin içir
Özünəibadət məbədində hamı
Azıxdan qalan çənələr bağırdı ağız dolusu
Yeddi il mən idim hamınızın dinləyicisi
Yellədi sizləri Qərb küləkləri
Qərbin tam qəlbində mənim bir türküm belə tərpənmədi
Və satılmadı bəxşişlərə
Yeniləndim, amma dəyişmədim
Miami Downtown, 50-ci mərtəbədə yeganə dərviş mənim
Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam
Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam
Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə
Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam

Gəldim buralara görüm bizi gələcəyə aparan qatar gedir hara
Bəyaz dişlər, bəyaz gəmilərdə, bəyaz gözəllər qəlbləri zil qara
Zərləri, sil sürmələrini, Tix-Tox xanımın, bax pıspısadır qara
Necə söyləmişdi Mövlana, sözü nübardı hər dövrana, bala
İnsanlar gördüm əynində paltarı yox, paltarlar gördüm içində insanı yox
Gözə görünməz qəfəsin altında elə bilir zindanı yox
Yüz qarın tox, bir sıfır quyruğa, penniyə stok, iki cet ilə üçbucağına Bermudun
Gecə yaxta ilə geriyə — bu mənim "flow"m
Xəyallarındakıların hamısına çatmışam, mənim yox diləklərim
Qayıdıram yenə külə dönə qəlbim, amma qızdıra o yaralı ürəkləri
Sınsa da belim ola dirəkləri — həqiqəti söylərəm ola diləkləri
Yandır üç lələyimdən birin: Qarğanı gətirə Bakı küləkləri