
Depression Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2021
Lyrics
Bezdirib bu həyat, deppresiya all around
Çıxmışam həyata qarşı, repressiya is bound
Psixoloqa ehtiyacım yoxdu, dərdim qozlanmır bu sessiyada
Məni altı fut dərində basdır ki, qurtulum bu deppresiyadan
Qravitasiya qanunu məni saxlayır, məni heçkim başa düşmür
Elə bil mən ağacdakı almayam amma Nyutonun başına düşmür
Heyat ərəb xilafəti, süqutum labüddür
Hamı birdən-birə düşmənim oldu, hamı dürüstdür
Həyata marağı artırdım girişdim repə
Əl atdığım hər sahədə uğur qazandım bəs necə
Istəməzdim repim dərin olsun
Dinləyicim qəmgin olsun
Yuxarılara şikayət elə, istəməzdim gülüm solsun
Indi əsgərlikdəki kimi, sayıram qalan günlərimi
Istəyirəm amneziya olum, unudum dərhal dünlərimi
Dəyərdimi, külək əsərdimi, məhv etməliydimi həyat bütün ümidlərimi
Həyat toplama qanunudur, dərdlər gəlir üst-üstə
Qalib gəlmək üçün gəlməlisən qorxularınla üz-üzə
Yaşadıqca gəlirəm sol çiynimdəkiylə göz-gözə
Dərdlərim dayanmadan hücum eliyir, inanmıram ürəy buna dözə