Paranoya ft. Theln & Macho Lyrics
- Genre:Others
- Year of Release:2024
Lyrics
Gəzirəm saçım başım dağınıq
Gəzirsən göz qamaşır dağılır
Daralır nəfəs ve göz qaralır
Ölümdü hər savaşın axırı
Soyuq bir cəsəd, bədən bir isə
Kilidi hər qəfəsin birisən
Çürüyür hər zərrəm hər gün
Aldığım hər nəfəsin biri sən
Nə dərd e ?! Dərd belə görməmisən
Köz olmuşam "yanmısan sönməmisən"
Axtar düşün hardadı gör hələ səhv
Gəlmərəm kinimi kölgələsən
Qalxıram hər gecə səmalara
Baxdığın ulduza çatmaq üçün
Qanım axıb iz salır buludlara
Hər payız axşamı üstünə yağmaq üçün
Mənim hissim, buz hissim okean
Atmışam duyğuları Mariana
Bu şəhərin küçələri paranoya
Gözlərimin altında qara boya
Hissim buz, hissim okean
Atmışam duyğuları Mariana
Bu şəhərin küçələri paranoya
Gözlərimin altında qara boya
Yollarım dərə-təpə
Arzularına doğru səfər elə
Uzanır əllər dartmaq üçün geriyə
Vurulur sonda balta belə
Mənə xitab elə, öz adımla
Atmıram Sənə görə adımlar
Mənim vaxtım var
Ayırmıram zamanımı azğınlara
Okay ? Oynayıram saçlarınla
Buz üstündə hokey
Zamanıma qarşı açmışam 3 tuz
Sevgimizi qoydum masaya həyatımız poker
Bu oyunda karolam
Yanımda ruhdan tacım
Sənsiz yoxdu əlacım
Gözlərin yoluma işıq saçır
Qaçıram həyatın pəncərəsindən
Qollarım güc alır həzin səsindən
Gözlərin od saçır
Soyuq gəlir nəfəsindən
Məni xilas edirsən
Qollar istəyir Səni
Ama sən qəlbdən uzaq
Ürəyim çəkirdi qəmi
Gəldin əridi buzlar