Yorursan Lyrics
- Genre:Soul
- Year of Release:2023
Lyrics
Qaralsa bir gün ruhum gözlərində yayılsam
Nə qədər dua edim, ölüb yenə yaransam?
Və yanılsam? Əllərinə toxunmamış yox olsam
Ölərsənmi mənlə birgə, torpağıma qovuşsan?
Gözlərin baxır indi fərqli nöqtəyə
Uduzmaq oynu çətin gəlir iz salıram kölgəmə
Mən döz deyirəm, boğub sıxan hər əngələ
Köçmək indi ən böyük arzum sən olan bu ölkədən
Daşlaşan bu nifrət hissi boğur məni hovuzda
Ağrı versə beynim necə, xatirələri pozursa
Qonaq idim gözlərinə, bəs niyə indi qovursan
Gedəcək çox yol var idi amma ruhu yorursan
İlk dəfədi gördüm özümü bu qədər aşağılıq
Qışqırıram: 'yetər bəsdi, ağrıyır baş artıq'
Nə qədər çirklənsəm də dibə qədər kök saldım
Ayaqda tutan hissdi nifrət və ona yaslandım
Reallıqdan qorxuram qaytar məni yuxularıma
Dənizlərdə ölüb boğul baxmayacam daha yaşına
Təpələrdən düşən qaya məhv olardı gözyaşına
Kibir bürüdü hər yanımı, qalacam mən tək başına
Qaralsa bir gün ruhum gözlərində yayılsam
Nə qədər dua edim, denən, ölüb yenə yaransam?
Yanılsam? Əllərinə toxunmamış yox olsam
Ölərsənmi mənlə birgə, torpağıma qovuşsan?
Və gözlərin baxır indi fərqli nöqtəyə
Uduzmaq oynu çətin gəlir iz salıram kölgəmə
Mən döz deyirəm, boğub sıxan hər əngələ
Köçmək indi ən böyük arzum sən olan bu ölkədən
Daşlaşan bu nifrət hissi boğur məni hovuzda
Ağrı versə beynim necə, xatirələri pozursa
Qonaq idim gözlərinə, bəs niyə indi qovursan
Gedəcək çox yol var idi, amma ruhu yorursan