Mən Özümdə Deyiləm ft. Shouts Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2022
Lyrics
Hey yenə gedirəm geriyə yenə də
Mən hələ də özümə gələ bilmirəm
Ayaqda zəncir batıram dibə
Kürəyimə vurulan zərbələr artır
Zehnimdən nə qədər qaçım boşuna?
Her şey olmuş artiq boş - boşuna
Istədim gülüm nə etsəm gülmür üz
Ona görə qəlbim,düm-düz ey
Düşünürəm özümə qəsd: sonda olacaq süiqəsd
Mən özümdə deyiləm mən özümdə deyiləm eyy
Mən özümdə deyiləm mən özümdə deyiləm
Zehnim okean üzsə boğular insan
Tanrım, nə üçün naşükür olubdur insan?
Batmış xəyallara səbəb: oldu qəddar
Mən özümdə deyiləm mən özümdə deyiləm eyy
Dayandı qələm artıq yazmaq istəmir
Ölümü hiss elədi, bezdi yaşamaq istəmir
Tanrı ilə söhbət pisləşib çünki üsyan istəmir
Və qoyulan qanunlar hər gün daha da sərtləşir
Onların dəyişir xisləti və səbəb yox pislik istəyir
Şeytanla daha yaxınam deyir: ruhu ver hazır istəyin!
Qalxmağa çalışanda ayağmı büdrədənlər
İndi yapışıb ayağlarımdan rəhm diləyir
Silib keçin trekləri ya susub dinləyin
Morg(ion) gedir burdan bir-bir silib keçmişi !
Yandıram morg-umu da çün(ki) əvvəlki tək soyudmur məni
Dənizi seyr edərsiniz birdə görmək istəsəz məni
Birdə qayıtmaq çətin fəda olsun gərək nəsə
Birdə yazmaram heçnə əgər nəyəsə gərəkməsəm
Yaxşı yaşamaq üçün ölmək gərəkdirsə
Məzarım yanır deyəsən yuxarda mələk ağlayır
Uduzdum müharibəni Tanrı cırdı müqaviləni
Saldı mühasirəyə artırdı müqaviməti
Deyəcək sözlər çox ama təssüf nəticə mənfidi
Məzarda yatan ölülər sizdən yaxşı anlayır məni
Gedirəm bu oyunu başlarkən bitirməyə
Gedirəm səbəb yoxdu yolumu itirməyə
Gedirəm Son dəfə vərəqləri cırıb atmağa
Gedirəm son dəfə mələklərimi ağladmağa
Oxuya bilərsən gözlərindən acizlik və bezmişliyi
Ağlayırlar ümidlər yoxmuş kimi
Bu səfər seçməliyəm səssizliyi
Qələmdən sonra səssizliy son silahım mənim
Bu səfər bəlkə Tanrı səhv vədlərlə alladır məni
Bəlkədə diri halda məzarıma gömülmüşəm
Təbiət son dəfə ilhama çağırır məni
Mənə zərər verən hisslərimi öldürmüşəm...
Yeah...