
Qorx Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2024
Lyrics
Gəldim tuş yenə qarğışına
Bu kədər və nikbin qarışığı
Yenə istəmədən mənə darışırlar
Alır ağuşuna,buna alışığam
Təbii ki, mən yenə boş durmadım
Elementar sayılan intihar növünə
Meyilliyəm, amma boşluqları
Doldurmaq burdan murdar görünər
Varoluşsal ağrılara
Məndən qeyrisi əlbət bələd bəs külfət nədən
Buyurulan bu qəflətdən mədət,
Bu doğrulara məəttəl vələd bələkdən mərət
Ya pis təəssüratmı bağışlamışdı o bircə tükünü belə tərpədmədən
Bu yarımada məni aldadar
Çün şarlatan dolu şahmata
Məğlub edər məni hər atak
Bunu qazansamda yenə darmadağın
Sanki sürgün olunmuş Bonapart
Doğrudur rəqibim tər atar amma
Bəs olar mənə, dərs alaram bu mənasızlıqda mənadan
Qorx adam doğrulardan
Yox cavab bu suala
Mən bir qatiləm
mMəni gördün, məni öldürdüm
Bütün sakinlər, hamı susmuş
Hamı qusmuş
Mən bir mələyəm
Mən uçuram, məni burax
Çətin gələrəm geri bura
Gözləyənlər var orda
Qorx adam doğrulardan
Yox cavab bu suala
Qəsdi-qərəzli bu səltənətdə siz
Bəsdi əzdiniz hər-tərəfdən
Əskiməzsiz fəzilətdə
Axı hansı rəsmi bir məzəmmətdən
Sizi alqışlar bu vicdan
Yanlış tanımışlar, ən baştan
Sonda qərar almışlar ki, bulaşma, burada bitmir çünki bu iştah