
Jouska Lyrics
- Genre:Alternative
- Year of Release:2024
Lyrics
Yaxın keçmişlərdən bezmişlərdən
Utanıb hür yaşayanlardan yetmişlərdən
Dünya darmış sona varmışsa da düşmür əldən
Gəl qorx belələrdən həyata küsmüşlərdən
Özünə təsəlliaxtarma
Tapıb atar bu küləylərin şəhəri
Yaxtalar süsləməz axı xəyallarını Xəzərin
Hərkəsənin baxmağı sənə gözlərini bərəldib
Sağ qal birtəhəri
Mövqe qəhəri
Gəcələri səhəri
Neçələri zəhərliyir səni-səni
Amma əməlli
Qoyma məhəli
Ancağ dəyərli qolun-əlin
Batırar yarana duz
Elə onun adıdı quduz
Yola da gətirər öz cəhalətinə aparıb gətirər susuz
Şorbanın ətidi ucuz
Bütün həqiqəti yuduz
Deyəcək söz yox hərşeyə göz yum bu millətin sonu qruz
Sənə nə axı sənə nə de ki sənə bunlar
Ya dərələr ya təpələr ya səpilən qumlar
O dəlilər bu pərilər yenə səni ovsunlar
Bütün bu kədərimin betərinin-betəri olsunlar
Bizi kim qurtarar
Zibil-budala
Təmiz murdarığ
Evimizdir tin-dalan
Öldürəkmi? ya qalaq
Yaradaqmı qalmaqal
Kimsə bizi tapmadan
Kimsəsiz tiranlara
Sanki yaralı qarğalar
Yığılıb həmin o yad bağa
Saxlamağa bir armağan
Bizi sevərmi sanmaram
Zəhrimar buram-buram
Şahid oldu tanrılar
Qiyamətinə varmağa yaxın
Keçdi qarmağa