Ölülər Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2023
Lyrics
Ölülər geri döndü, bir gün mən də dönəcəm
Hər kəs deyəcək ki dərdin nədir?
Onlar da hər şeyin fərqindədir
Ulduzum parlayacaq və yenidən sönəcəm
Başa düşərsən ki, fərqim nədir
Qapıların açarı de hər kimdədir?
Göylərə yüksələcəm insanlığa söyəcəm
Çəkinmə davam elə anlat yalan
Kabusun sonunda yoxdur qalan
Dəyişər gecə-gündüz onda sizi görəcəm
Görəcəm ki olmuş hər şey talan
Başlamamış gözlənilən falan
Bildiyin hər şeyi unut yenidən
Qarşındayam bu dəfə gəlmirəm geridən
Yalançı niyə doğruları sənə yeridər?
Oldu bitti anlamadan külək böldü yeri tən
Bəlkə də yanılıram anladacaq
Bir şey var hələ ulduzumu parladacaq
Ya da məni yenə mənimlə aldadacaq
Biri... taxtın durmayacaq sallanacaq
Yaşanacaq bir gündən bəhs eləyən
Biriyəm bunu anlamadan banlayacaq
Özü təkmilləşməyi yadından çıxaran bir
Boş o gün doluları danlayacaq
Hər şeyi boş verdim yolumdayam
Sonu başından bəlli olan oyundayam
Ölü ya da dəli deyə tanı məni fərqi yox
Ki, təhəmmül səviyyəmin sonundayam
Keçirəm zirvəni yorulmayan
Ən dahi obrazın rolundayam
Neçə il keçsə də dəyişmərəm mənəm
9 kənddən də qovulmayan
Öfkəm cismimi ələ keçirər
Səbəbini tək mənmiyəm anlamayan?
Gələcəyi keçmişi boş verib
İndini yaşayan heç nə planlamayan
Nəfəs alır deyə yaşadığını düşünən
Cəhənnəmin qapısını bağlamayan
Yarım qalan bir hekayəyə ağlayıb
Öz ölümünə bir dəfə ağlamayan
Ölülər geri döndü, bir gün mən də dönəcəm
Hər kəs deyəcək ki dərdin nədir?
Onlar da hər şeyin fərqindədir
Ulduzum parlayacaq və yenidən sönəcəm
Başa düşərsən ki, fərqim nədir
Qapıların açarı de hər kimdədir?
Göylərə yüksələcəm insanlığa söyəcəm
Çəkinmə davam elə anlat yalan
Kabusun sonunda yoxdur qalan
Dəyişər gecə-gündüz onda sizi görəcəm
Görəcəm ki olmuş hər şey talan
Başlamamış gözlənilən falan
Cinayətin günahkarı cəzanı yox edər
Səfalətdə çürüyəni ataları tox edər
Zehnindəki mələk azı çox edər
Tək bir an yetər inan hər şeyi pox edər
Ey, o qədər asan deyil barışmaq özünlə
Dönüşmüşkən istəmədiyin adama
Xətalarım olmasa da pərdə durar gözümdə
Sözümdə bənzəyərəm günü-gündən atama
Yanlış və doğru mənim ayıra biləcəyim
bir şey deyil bu da yansıyır kölgəmə
Xəyalını qurduğum şey düşünmürəm geri göndərəcək
Məni özümü dəfn elədiyim ölkəmə
Yenidən içimizdə nifrət
Budur bizi biz eləyən bəlkə də
Başlayır dirilmə başımda hiddət
Günahlarımız keçirir hərəkətə
Yeri görən diriləri 5 gün gözlədik
Son gün öfkələnərik və dönər gözümüz
Geri dönən biriləri sübut oluna bilmədi
Aramızdakı ölüləri yaratdıq özümüz