Loading...

Download
  • Genre:Hip Hop & Rap
  • Year of Release:2023

Lyrics

Eyni qalmalı

Ya dəyişməli və yada salmalı

Keçən hər şeyi, məndən almalı

Ulduzları, amma çalmalı


Musiqini və geri qalxmalı,

Susmamalı, yenə çaxmalı,

Parıldayan aylar sönərsə bir gün

Jupiterə baxmalı...


Hələ də eyni gəmidəyəm

Qabağımda uzun bir yol

Sonu işıq amma qaranlıqda

Təkliyə dəydi mi deyə bilmərəm


Dedikləri kimiysəm əgər

Yavaş-yavaş gəzən, hamını əzən

Hirsləndirən bəzən

Və hər kəsi yenə dinləyən


Yox, o günlər geridə qaldı

Nə qədər istəsəm də geri dönməz artıq

Çox gözləmək geriyə saldı

Bunu dərk eləmək elə bil özü asandı


Yuxularım hisslərimin ikinci aynası kimi

Öz kabusumu özüm qazandım

Hər kəsdən üstün olduğumu düşünürdüm

Öz dünyamda özüm azaldım


İnanıram hər şeyin bir səbəbi var

Yəni yaşadığım günlər niyə ağlımda qalacaq?

Ətrafı eşidir də hədəfi kar

Bunu bir mən, bir də o anlayar ancaq


Sorğulasan sənə qatdıqlarını birdən

Əlindəkilər də səninlə yanacaq

Bir gün ömrüm var məqsədim bir dildən

Deməyimizdir mənimdir sancaq


Eyni qalmalı

Ya dəyişməli və yada salmalı

Keçən hər şeyi, məndən almalı

Ulduzları, amma çalmalı


Musiqini və geri qalxmalı,

Susmamalı, yenə çaxmalı,

Parıldayan aylar sönərsə bir gün

Jupiterə baxmalı...


Dəyişməyən tək şey niyə dəyişimdir?

Tuturlar yaxamdan silahı çıxarıb

Qəlbimə dayayıb da deyirlər ki, dəyiş indi

Necə?

Çalışsam da gecə-gündüz, yolum dümdüz Qarışmıram heç kimə, olsam da üzsüz

Rahatam öz zehnimdə

Çünki bu tək işimdi


Gəlmisən və yanımdasan sanki

Aşa bilmədiyim o qədər məsafələr var ki,

Yaşa dolur olsam belə yenə başa sal ki,

Dolum daşım o dağın üstündəki qar ki-


Miyəm bu gün xoşbəxtcə yaşamağa varkən,

Ruhum azadkən, qəlbim atarkən

Kainatlardan üstümə düşən kölgələr

Önümdə durmuş, maska taxarkən


Həyatım o qədər qəribə bir hal

aldı, xəyalındakı yaşı daşı minimal

Dəyişən nə oldu de saylardan başqa

İçindəki uşağa niyə demədin ki qal?


Məcnun ol uzaq dur çöllərdən

Heç bir fərqim yox yaşayan ölülərdən

Hər gecə yatmağa çalışırkən hələ də

Biri səslənir mənə göylərdən...

+

      -   or   -

      -   or   -

      NG +234
          -You can log in via below methods-
          Reset password via e-mail
          -or-
          Reset password via e-mail
          Feedback on resetting password
          * It may take a longer time

          Please Select A Playlist

          Add New Playlist

          Share on

          Embed: Love & Light EP

          Custom Size :

          • Default
          • Desktop(300*600)
          • Mobile(300*250)

          Type :

          • HTML/HTML5 (WordPress Supported)
          Get Boomplay Premium
          for
          Payment Method
          Pay With
            Review and pay
            Order Date
            Payment Method
            Due Today
            Flutterwave
              Subscription Successful

              Congratulations! You have successfully activated Boomplay 1 Month Premium.

              Now you have access to all the features of Boomplay App.
              Payment Failed

              Please check your balance and then try again.

              You'll lose your subscription if we don't have a working payment method for your account, so please check your payment details.
              Need help? Contact Boomplay Subscription Support.
              Payment Processing...
              10 s

              Payment is being processed by . Please wait while the order is being comfirmed.

              Payment Processing
              Your order is processing, and it may take up to a few days for the service provider to handle your payment. Please kindly stay tuned and check your order status in ‘User Center’.
              About Order Status