
Ata Lyrics
- Genre:Pop
- Year of Release:2020
Lyrics
Bir bahar səhəri
Göz açan gündən
Tutub əllərindən
Atam deyəndə
Atama güvəndim, dostlar
Ata deyəndə
Atasız bir övlad qalmasın, Allahım
Nə tez köçdün bu dünyadan
Ata, sən
Atasız bir övlad qalmasın, dostlar
Atasız günlərim dərddir, kədərdir
Bilmirəm, dərdimi necə söyləyim
Atasız bir övlad qalmasın, dostlar
Hamıdan uzaqda, sakit bir yerdə
Bacıdan, qardaşdan, oğuldan uzaq
Dikilib gözlərin yollara, ata
Əfsanə heykəlsən dönmüsən daşa
Qalıbdır şəkilin qara daş üstə
Üstünə tökülən göz yaşlarım
İsidəcək bir an, bir zaman səni
Səmadan boylanan günəş istisi
Qoy indi isitsin göz yaşlarım kimi
Nə tez köçdün bu dünyadan
Ata, sən
Atasız bir övlad qalmasın, dostlar
Nə tez köçdün bu dünyadan
Ata, sən
Atasız bir övlad qalmasın, dostlar
Atasız günlərim dərddir, kədərdir
Bilmirəm, dərdimi necə söyləyim
Atasız bir övlad qalmasın, dostlar.