Yuxular Gerçək Olmur Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2022
Lyrics
İstəmədən əsəbi davrana bilirəm
Amma etdiylərimə görədə peşman deyiləm
Səni mənə, məni sənə, düşmən elədilər (amma)
səfləri görə bilmədiy özgələrində
Məncə artıq geriyə dönmənin yolu yox
Başlamamışdan əvvəl görünürdü bu son (Ay)
Nifrətimi sənə qarşı bəzəyə bilmərəm amma
Mümkündüsə bu qəlbimi gəl yerinə qoy
Yazmazdım, cavabını bilsəm əgər
Gecələr, yata bilmirəm doldu qədəh
Necə dərd çəkirəm bəlli gözlərimdən
Amma gizlədim hər zaman ən dərində
Sanki nəfəsimi kəsirəm öz əllərimlə
Bax, dedim özüm-özüməki dön evinə
Necə dəfn elədin, məni əllərinlə
Artığ dəymiyəcək, əlim əllərinə
Səni düşünürəm.. amma bilə bilmirəm
Niyə səni gözümün önünə gətirəmmirəm
Məni anlaya bilsəydin, görə bilərdin nədən
Geri gəl, məncə eləmə bu zamanı hədər
Həmişə məğlub olurdum güləsən deyə
Yadıma düşdüycə içim-içimi yeyər
Pəncərənizin qabağında gecələmişdim
Həmin gün xəbərin olmamışdı indidə elə
Səni düşünürəm.. amma bilə bilmirəm
Niyə səni gözümün önünə gətirəmmirəm
Məni anlaya bilsəydin, görə bilərdin nədən
Geri gəl, məncə eləmə bu zamanı hədər
Həmişə məğlub olurdum güləsən deyə
Yadıma düşdüycə içim-içimi yeyər
Pəncərənizin qabağında gecələmişdim
Həmin gün xəbərin olmamışdı indidə elə
(Yeey)
Hər gün eyni..
gəlir mənə görə söylə tanrı neylim?
Səf səndə deyildi
Düzəltməyə çalış amma yox bir xeyri
Ruhumu öldürdün hisslərimi geri ver
Mənnən aldığlarını gətirib geri ver
Əslində bəhanədi bunların hamısı
Nə almısansa, inanki mənim heç vecimədə deyil.
Bilmirəm gecədi yada gündüz
Zamanımı ayağlarının altına düzdüm
Hər, gecə dərin sularında üzdüm
Aldığım qərarların heç biri deyil düzgün
Xoşbəxtlikdən inan əllərimi çoxdan üzdüm
Düşünürdüm düzələr deyə, amma sən üstün
Bir-birimizi yaxşı tanıya bilməmişdiy amma
Bilirəm içində məni tanıyırsan üzsüz, biri
(kimi)
Göz qapağlarım, yorğun yorğun yorğu'un
(Yuxular gerçək olmur), olmur olmur
Öz yalanlarıma belə, doydum doydum doydum
Gizlədim içimdə, çovğun çovğun çovğu'un
Ruhumu əlimlə boğdum boğdum boğdu'um
eeh, (yuxular gerçək olmur) olmur olmu'ur
Öz yalanlarıma belə doydum doydum doydu'um
Göz (göz) qapağlarım yorğun yorğun yorğu'un
eeh, (yuxular gerçək olmur) olmur, olmur
Öz yalanlarıma belə doydum doydum doydum
Gizlədim içimdə çovğun çovğun çovğun
Ruhumu əlimlə boğdum boğdum boğdum
ye, (yuxular gerçək olmur) olmur olmur
Öz yalanlarıma belə doydum doydum doydum
Gizlədim içimdə çovğun çovğun çovğun.
Leleleeey, eee'e, lelelelele lele lele lele leleley, göz qapağlarım yorğuuuun.