
Get Lyrics
- Genre:Pop
- Year of Release:2019
This song is not currently available in your region.
Try the alternative versions below.
Alternative versions:
Lyrics
Aramızda olan ayrılıq zəfərindən
Kimə nə qədər düşüb onun zərərindən?
De, kimin zər əlində?
Sevginin şansı yoxdur!
Heyif, mən də daddım onun zəhərindən
Hər səfərində göz yumuram səhvlərinə
Yuxusuz gecələrim qarışıb səhərimə
Səbəbi nə? Çəkir əzab ürəyim bu qədər
İstəmirəm, heç bir ümid gözləmirəm səndən bir də!
Get! Dilim susur, gözlər deyir “get!”
Yoxdur ümid, dönmə geri, get!
Günahınla, savabınla get! Get!
Baxma geri, dönmə geri, get!
Dilim susur, gözlər deyir “get!”
Yoxdur ümid, dönmə geri, get!
Günahınla, savabınla get! Get!
Baxma geri, dönmə geri
Dəyişib insanlar, dəyişib zəmanə
Saf məhəbbətə verilmir zəmanət
Yalanları bir-bir atıram dənizə
Xeyri yoxdur, ürəyimə tiksən də imarət
Elə bil duadır ki, cavabsız ibadət
Sevgini nifrətlə necə edim ifadə?!
Qalmayıb iradə, olunmur idarə
Bütün hisslərim tək səndən ibarət
Get! Dilim susur, gözlər deyir “get!”
Yoxdur ümid, dönmə geri, get!
Günahınla, savabınla get! Get!
Baxma geri, dönmə geri, get!
Dilim susur, gözlər deyir “get!”
Yoxdur ümid, dönmə geri, get!
Günahınla, savabınla get! Get!
Baxma geri, dönmə geri