
Salam payız Lyrics
- Genre:Kids
- Year of Release:2024
Lyrics
Salam payız,salam payız,sən bizə xoş gəlmisən
Söylə görək bizə sən nə sovqat gətirmisən
Sarı sarı buğdalar
Gətirmişəm mən sizə
İsti çörək qoğallar
Bişirəcəklər sizə
Salam payız,salam payız,sən bizə xoş gəlmisən
Söylə görək bizə sən daha nə gətirmisən
Bağlarda bol meyvə var
Alma,armud,heyva,nar
Onları siz çox yeyin
Onlarda vitamin var
Dadlı meyvələrinçün
Sağol deyirik sənə
Sən bolluq gətirmisən
Bizim ana vətənə