Uşaqlıq Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2023
Lyrics
Oyandım yuxudan
Anladım vaxtım az
Anamın mətbəxi qoxur yaz
Hava soyuq ayaz
İsti soba mən razı
Qızarmış çörək sehirbaz
İsti çay lazım
Keçir hamıya nazım ən azı
Geyimlər kitablar hazır
Mən hazıra nazır
Yenə dərsə gecikən mən
Kiçik addımlar
Nağıl var ağlımda
Ulduz olmaq
Qanımda alnımda
Cızma qara saf yol
Boyaram onu sanki Picasso
Yazıram xoş son
Yada salan olsun
Bu rap song
Hey ya
Bugün uşaqlıq
Ən qəşəng günüm ya
Hey ya
Fikirlərə uzağıq hərşey yolunda
Hey ya
Hey ya Hey ya Hey ya
Həyat Həyat yolunda
Mənəm cığal oyunda
Doyunca oyna
Hey ya
Yoruldun uzan yat
Hey ya
Yox yalanımın rəngi
Var doğruya ahəngi
Kin dünənki
Bugün sevgi
Təzə əyləşdim ki
Üstüm kir
Sinifə girir
İlk parta onun yeridir
Hiss məndə nəsə yenidir
Baby I just could not ignore you
You
You are the one
Həmin an
Gözümdə böyütdüm səni inan
Sən sanki okean
Mən bir ovuc su
Birdə salam olsun
Sənə bu rap song
Hey ya
Bugün uşaqlıq
Ən qəşəng günüm ya
Hey ya
Gözüm məktəbin ən qəşəng qızında
Hey ya
Hey ya Hey ya Hey ya
Ey yar bu mən fədəkar
Bugün olma riyakar
Sanki qulaqlar kar
Ağ kağızam
Bilmirəm yalanı böyüklər danışar
Barışaram bəlkə
Kirli suya alışaram
Yada kağız gəmilər alışar
Döyüşərəm bilmədən
Kim piyada kim şah
Biz yenədə sülh danışaq
Yoxsa anam dalaşar
Ki tax boynuna şərf
Ki dualarım qorusun səni inşallah
İmmunam qarğışa
O uşaq olacaq ulduz Rashad
Çün başımda həmişə
Sətirlər dolaşar
Mama mama
Hazıram
Yarışa
Hazıram bu çətin qarışıq yarışa
Hey ya
Bugün uşaqlıq
Ən qəşəng günüm ya
Hey ya
Mənəm bugün ən qəşəng gülən ya
Hey ya
Hey ya Hey ya Hey ya
Mən ən qəşəng yuxular
Mən ən qəşəng xəyallar