Təcili yardım ft. Miro Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
Gedə biləcəyin hər yerə baxdım
Boş qalıbdır qəlbimin taxtı
Nə qədər var kim bilə vaxtım
Bu qədər əziyyət vermə günahdı
Axı özündə döyünür bu ürək
Səni çox gözündə böyüdüb
Hüzünlə öyünüb aça bilmirəm axı sözündə düyümü
Dərdin nədi anlat, susqunluğa qərq olmaq nədi de
Məni məhv edən az şey varmış kimi sən onlardan biri də
Yox bu nağılın ardı atdığın güllə qəlbimi yardı
İndi tək başıma qaldım bu eşqə lazım təcili yardım
Neçə il ay var, neçə həftə
İtirmişəm hansı tərəfdə ürək
Önündə hamısı vərəqlə
Sevgi kitabının yarısıdı səhvlər
Söz gedə bilməz daha əfvdən
İnanmıram sənə sildim ürəkdən
Hər şey şeirlərimdədi
Yazmışam hamısını dəftər - dəftər (2x)
Mənim başımda duman
Qarşımda duran nədi aşılmaz olan
Deyiləm öz yaşımda bu an
Və hiss edirəm yüz yaşında falan
Keçib özümdən özüm
Yoxdu özümə dözüm
Hər şeyi bir bir süzüb
Və istəyirəm mən özümdən üzr
Ciyərə tüstü zərərdir, düzdü, neyniyək ağladıb üzdülər
Gəlirsə birdən ani xəbər də vermədən hərşey üstümə
Bürünüb qaralara sonra həyatdan istədim aralanam
İstəsəm günəşi yaradannan axı günəşin xeyri nə qaradama
Dərdin nədir anlat, susqunluğa qərq olmaq nədi de
Məni məhv edən az şey varmış kimi sən onlardan biri də
Yox bu nağılın ardı atdığın güllə qəlbimi yardı
İndi tək başıma qaldım bu eşqə lazım təcili yardım
Neçə il ay var, neçə həftə
İtirmişəm hansı tərəfdə ürək
Önündə hamısı vərəqlə
Sevgi kitabının yarısıdı səhvlər
Söz gedə bilməz daha əfvdən
İnanmıram sənə sildim ürəkdən
Hər şey şeirlərimdədi
Yazmışam hamısını dəftər - dəftər (2x)