Gəl ft. Zahid Nuri Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2022
Lyrics
Gəl, bu ömrüm ikimizə bəs etsin
Götür gələcəyini, yığış gəl mənə sən
Qar kimi səpələn, gün kimi isit
Çilən yağış, yağış ömrümə
Çilən gəlib yağış kimi ömrümə
Sən gedəndən gördüm neçə döngələr
Cənnəti yaşatdın mənə ölmədən
İnanmazdım hislərimiz kövrələr
Aylar keçdi, incindi hislər də
Səninlə yaşadığımız o günlərdən izlərlə
İçimdəki duyğuları sənə necə deyim?
Anladım ki, bu sevgi də bizim üçün deyil
Getmək istəyirsə, getsin
Bu kini sevgimizə daxil etsin
Cavabsız qoyursa baxmadan gözümə
Hislərimi o niyə aciz etsin?
Gəl, bu ömrüm ikimizə bəs etsin
Götür gələcəyini, yığış gəl mənə sən
Qar kimi səpələn, gün kimi isit
Çilən yağış, yağış ömrümə
Qəbul etmə məni yanına bu dəfə, çünki
Artıq baxmırıq əvvəlkitək, gözlərimiz də çirkin baxır
Elə bil mənasını itirib baxışlar da, özləmişəm qucaqlayıb öpməyi mən yağışlarda
Gecə düşür, yanmır işıq, axtar bax ulduza
Bəlkə də görə bilərsən təsvirimi uzaqlardan
Kədərin özünə qalsın, mənə sevincini bəxş edəydin
İndi geridə qalan tək şey unudulmaz anlar
Sənə baxmasam da, bil ki hislər yenə bir
Yenə də ayrı qalmaq incitsə də, bir söz demədim
Gəl, bu ömrüm ikimizə bəs etsin
Götür gələcəyini, yığış gəl mənə sən
Qar kimi səpələn, gün kimi isit
Çilən yağış, yağış ömrümə