![Qafil Oyan (Metal Edit)](https://source.boomplaymusic.com/group10/M00/10/19/8c8118a699c9413eaeb0a2cfa6ab785eH3000W3000_464_464.jpg)
Qafil Oyan (Metal Edit) Lyrics
- Genre:Metal
- Year of Release:2024
Lyrics
Mən kövni - məkani künfəkanəm
Həqq mənəm bil ki həqqə məkanəm
Mən ərş ilə fərşi kafi-nun bəşəri cümlə cəhanəm.
Mən gənci nihani künti - kənzəm
Mən sirrəmo tövhidəm hədisəm
Mən kafirə matəm-i müsibət zəvvarə mərizəm.
Bir gövhəri əqdəməm əzəldən
Çün cənnəti abi - kövsərəm mən
Şol atəşi eşq-i nur-i həqqəm Musayə zəbanəm.
Mən dəhr-i mühiti həm giran
Həm qeybi güman həqqə əyanəm
Bil hərf-i lisani bidəhanəm çün dəhr-i zəmanəm.
Ey özündən bixəbər qafil oyan !
Həqqə gəl ki həqq deyil batil oyan !
Olma fani aləmə mail oyan !
Mərifətdən nəsnə qıl hasil oyan!
Ay ilə günəş üzün heyranıdır
Mişk ilə ənbər saçın tərxanıdır
Çün Nəsimi aləmin sultanıdır
Dövr anın dövran onun dövranıdır!