![Mezarlıq ft. Feonroll](https://source.boomplaymusic.com/group10/M00/09/28/0499e2ac1724479dbc3b011596c9a6bf_464_464.jpg)
Mezarlıq ft. Feonroll Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2022
Lyrics
Yanıldım axı belə bilməzdim
Kaş həyatın bu üzünü görməzdim
Uşaq vaxtı çox xoşbəxt idik
Bu dünya bizləri niyə əzdi?
İşığım sönmüş görmürdüm
Həm ümidlər ölmüş, dözmürdüm
Bu dünya o qədər ədalətsizdi
İçimdəki o uşağı öldürdü
Təsəlli tapılmır ümidsizliyə
Dirəşirəm barmen sən süz deyə
Çoxdan nəfəsə xitam vermişdim
Olmasaydı məni evdə gözləyən
Hər kəsə saf kimi inanırdım
Məni tək yaşadan şey gümanımdı
Həyatda 2 dənə səhvim varsa
3-ü insanlara inamımdır
Bu həyat bax dolu bir məzarlıq
Ölən ölübdü qalan da bilmir
Sonu sordum, cavab yox artıq
Hamı görür ama bilən də dinmir
Bu həyat bax dolu bir məzarlıq
Ölən ölübdü qalan da bilmir
Sonu sordum, cavab yox artıq
Hamı görür ama bilən də dinmir
Döz !!!
Dözə biləcəksən
Çöz bu zibili çözə biləcəksən
At ümidlərini uçurumdan
Amma son nəticə: yenə üzüləcəksən
"Yox oldum" dedim. Yoxam əzəldən
Azmış gəmi batmış Xəzərdə
Xəzəllər, yağış gözlərdədi bax
Keçmiş də yanır közlərdə
Çətin keçib elə uşaqlığım
10 yaşından bu uşaq pul qazanır
Ədalətindən danışmayın blət
Bəbələr var ki: "Tuz balası"
Divarda siluetim, sönmür siqaretim
İnan o deyil, qalmayıb bir taqətim
Söndür dünyanı, yandır musiqini
De bizimlə bir nəqarəti
Bu həyat bax dolu bir məzarlıq
Ölən ölübdü qalan da bilmir
Sonu sordum, cavab yox artıq
Hamı görür ama bilən də dinmir
Bu həyat bax dolu bir məzarlıq
Ölən ölübdü qalan da bilmir
Sonu sordum, cavab yox artıq
Hamı görür ama bilən də dinmir